İraqın şimalında ABŞ aviabazasında güclü partlayış baş verib

İraqın şimalında ABŞ aviabazasında güclü partlayış baş verib

İraq mənbələri 18 sentyabr Səlahəddin əyalətindəki (İraqın şimalında) Spayker aviabazasında böyük bir partlayışın baş verdiyini xəbər veriblər.

İnterAz Deyerler.org-a istinadən xəbər verir ki, Spayker aviabazasında bir sursat anbarının partladığını bildirib.

Təhlükəsizlik mənbələrindən biri Shafaq News-a bildirib ki, partlayış müharibədən qalan texnikanın Spayker bazasında saxlanıldığı bir binada baş verib.

Mənbə partlayışdan sonra binanın çökdüyünü və partlayışın binanın ətrafındakı çəmənliklərdə yanğına səbəb olduğunu bildirib.

Mənbə yanğının söndürüldüyünü və partlayış nəticəsində itkinin olmadığını söyləyib. Adı çəkilən binaya xeyli maddi ziyan dəydiyi qeyd edilib.

İraqın Səlahəddin Əməliyyatları Komandanlığı partlayışın səbəbinin sursatların düzgün saxlanılmaması və isti hava ilə əlaqədar olduğunu söyləyib.

Komandanlıq bəzi saytlarda Əl-Haşduş Şabiyə məxsus bir anbarın bazada hücuma məruz qalması barədə yayılan xəbərləri də təkzib edib.

Spayker bazası (Məcid Ət-Təmimi) İraqın Salahəddin əyalətinin Tikrit şəhəri yaxınlığında yerləşir. 2014-cü ilin iyun ayında İŞİD terror təşkilatının üzvləri, Tikrit şəhərinə basqın və işğal etdikdən sonra Spayker Hava Qüvvələri bazasında 2000-dən çox tələbəni edam edərək kütləvi məzarlığa basdırmışdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =