Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

Səudiyyə Ərəbistanı koalisiyasının Yəmənə müdaxiləsinin 2000-ci günü ötməsi ilə əlaqədar Nyu-Yorkda etiraz aksiyası keçirilib.

SalamNews xarici KİV-lərə istinadla xəbər verir ki, cümə günü müxtəlif hüquq təşkilatlarınin təşkilatçılığı ilə yerli sakinlər və müsəlman icma nümayəndələrindən ibarət çoxlu sayda insan Səudiyyə Ərəbistanın Yəmənə qarşı müharibəsinə görə etiraz aksiyası keçiriblər.

Etirazçılar Manhettendə ABŞ Senatının üzvü Çak Şumerin ofisi qarşısında toplaşıblar və Yəmən məsələsilə məşğul olan bu senatorun ofisinin qarşısında ölkəyə tətbiq edilən mühasirənin və aparılan müharibənin dayandırlması ilə bağlı tələblər irəli sürüblər.

Etirazçılar Yəmənin hava, quru və sudan Səudiyyə Ərəbistanı koalisiyasının mühasirəsində olduğunu, bu addımdan dolayı ölkəyə yanacaq və dərman peraparatlarının çatdırılmasının qeyri mümkün olduğunu bildirib və ABŞ hökumətindən Səudiyyəyə dəstəyi dayandırmağı tələb ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 8 =