HƏMAS yeni raketlərini sahildən dənizə ataraq sınaqdan keçirdi

HƏMAS yeni raketlərini sahildən dənizə ataraq sınaqdan keçirdi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Sionist mənbələr HƏMAS-ın son həftələrdə sahildən dənizə tuşlanan raketləri sınaqdan keçirdiyini bildirib. Sionist medianın şənbə günü verdiyi məlumata görə, Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bu yaxınlarda dəniz mövqelərini hədəf almaq və raketi sınamaq üçün atışlar həyata keçirib.

Son günlərdə Qüdsün işğalçı rejimi ilə ərəb ölkələrinin hökmdarları arasındakı əlaqələrini üzə çıxarmasına cavab olaraq İzzəddin Əl-Qəssam Briqadaları Aralıq dənizinə bir neçə raket atdı, sonuncusu isə keçən həftənin çərşənbə günü sınaqdan keçirildi.

Bundan əvvəl, Fələstin müqavimətinin liderlərindən biri və HƏMAS-ın yüksək rütbəli üzvü İsmayıl Həniyyə son illərdə Fələstin hərbi gücünün artdığını və raketlərin Tel-Əviv və İsrailin digər böyük şəhərlərinə çatacaq imkana malik olduğunu vurğuladı.

BƏƏ və Bəhreyn, utancverici bir addım ataraq Fələstin xalqının istəklərinə açıq şəkildə xəyanət etdi. Ağ Evdə Donald Tramp və Benyamin Netanyahunun təbliğat şousuna qatılarkən, rəsmi olaraq sionist düşmənlə normal və dinc münasibətlərdə olduqlarını elan etdilər.

Bu iki kiçik Körfəz dövlətinin fəaliyyətini tənqid edən Fələstindəki müqavimət qrupları, zəhərli bir xəncərin müqavimət gövdəsinə batdığını bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + eight =