Bayden: Trampın bacarıqsızlığı sayəsində Amerika tarixindəki ən böyük itkilərdən birinin şahidi oluruq

Bayden: Trampın bacarıqsızlığı sayəsində Amerika tarixindəki ən böyük itkilərdən birinin şahidi oluruq

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Demokrat namizəd çıxışında Trampın bacarıqsızlığı və yalanlarının ABŞ tarixindəki ən böyük itkilərdən birinə səbəb olduğunu söylədi.

Demokrat namizədi Co Bayden ABŞ Prezidenti Donald Trampı bir daha korona virus epidemiyasını idarə edə bilməməkdə tənqid etdi.

Viskonsindəki çıxışında: “Trampın yalanları və səriştəsizliyi səbəbi ilə Amerika tarixindəki ən böyük itkilərdən birinin şahidi oluruq.” – dedi və Korona virusundan təxminən, 200.000 amerikalıın ölümünə işarə etdi.

Bayden əlavə etdi: “Prezidentin etdiyi yeganə şey qəsdən mövzunu dəyişdirməkdir.”

Demokrat namizəd korona virus epidemiyası ilə mübarizədə hazırkı rəhbərliyin metodu haqqında dedi: “Tramp qorxdu. Virus onun üçün çox böyük idi. Tramp vəzifəni yerinə yetirmədi. Trampın bəyəndiyi şey bir seçki mitinqidir və mitinq keçirərək hər kəsin həyatını riskə atmasına imkan verir.”

Johns Hopkins Universiteti bu gün (Bazar ertəsi) bildirdi ki, son 24 saat ərzində ABŞ-da korona virusuna yoluxanların ümumi sayı 6.804.814-ə, bu ölkədə virus qurbanlarının ümumi sayı isə 199.509-a çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + eight =