İmam Hüseynin (ə) Ərbəin-i yaxınlaşır

İmam Hüseynin (ə) Ərbəin-i yaxınlaşır

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Allah Rəsulunun (s) nəvəsi və şəhidlər ağası imam Hüseynin (ə) Ərbəin-i yaxınlaşır.

İmam Hüseyn (ə) şəhadəti, dərd-qəmi, uşaqlarının əsir düşməsi Allah yolunda olan bir şəxs idi və heç vaxt unudulmayacaqdır.

Əksinə, zaman geçdikcə xalqın imam Hüseynə (ə) olan sevgisi, məhəbbəti daha da çoxalır və ildən-ilə xalqın o “sadiq inqilabçı”-ya olan eşqi daha da artır.

İmam Hüseyn (ə) 57 il davam edən bərəkətli həyatını Allah yolunda və Allaha qovuşmaq üçün həsr etmişdi. O, Allaha yalvarmağı, namazı, duanı daha çox sevərdi. Hətta ömrünün son gecəsində belə düşmənlərindən Allaha ibadət etməsindən ötrü möhlət istədi.

Dinin qorunması, əmr be məruf (yaxşı işlərə dəvət) və nəhy əz münkər (pis işlərdən çəkindirmək) üçün özünü, bütün ailəsi, səhabə və dostlarını Allah yolunda qurban verdi.

İmam Hüseynin (ə) ziyarəti Əhli-beytin (ə) praktiki həyatında vurğulanan önəmli mövzulardan biridir. Rəvayətlərdə imam Hüseynin (ə) ziyarətinə həddən artıq təkid və  tövsiyə olunmuşdur.

İmam Sadiq (ə) imam Hüseyni (ə) piyada ziyarət etməyin savabı haqqında belə buyurur:

قَالَ أَبُو عَبْدِاللَّهِ ع‏: یَا حُسَیْنُ مَنْ خَرَجَ مِنْ مَنْزِلِهِ یُرِیدُ زِیَارَةَ قَبْرِ الْحُسَیْنِ بْنِ عَلِیٍّ ص إِنْ کَانَ مَاشِیاً کَتَبَ اللَّهُ لَهُ بِکُلِّ خُطْوَةٍ حَسَنَةً وَ مَحَى عَنْهُ سَیِّئَةً حَتَّى إِذَا صَارَ فِی الْحَائِرِ کَتَبَهُ اللَّهُ مِنَ الْمُصْلِحِینَ الْمُنْتَجَبِینَ [الْمُفْلِحینَ الْمُنْجِحِینَ‏] حَتَّى إِذَا قَضَى مَنَاسِکَهُ کَتَبَهُ اللَّهُ مِنَ الْفَائِزِینَ حَتَّى إِذَا أَرَادَ الِانْصِرَافَ أَتَاهُ مَلَکٌ فَقَالَ إِنَّ رَسُولَ اللَّهِ ص یُقْرِؤُکَ السَّلَامَ وَ یَقُولُ لَکَ اسْتَأْنِفِ الْعَمَلَ فَقَدْ غُفِرَ لَکَ مَا مَضَى

Ey Hüseyn! Evindən çıxan və həzrət Hüseyn ibn Əlinin (ə) qəbrini ziyarət etmək niyyətində olan kimsə addım atdığında, Uca Allah atdığı hər addımda onun üçün yaxşı bir əməl (həsənə) yazar və Hairə çatana qədər ondan bir günahı silər. Bu şərəfli yerə çatdıqdan sonra, uca Allah onu ziyarət əməllərini yerinə yetirənə qədər xeyirxahlardan və nicat tapanlardan hesab edər. Sonra geri qayıtdığı zamana qədər də onu böyük feyzə çatanlardan edər və bir mələk onun yanına gələr və deyər: “Allah Rəsulu (s) səni salamladı və buyurdu: “Əməllərini əvvəldən başla, sənin bütün keçmiş günahların bağışlandı.””

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 9 =