İran enbarqo müddətinin bitəcəyindən sonra silah satacağı ilk ölkənin adını açıqlayıb
“Suriya bizdən havadan müdafiə sistemlərinin gücləndirilməsini istəyib və İran bu istiqamətdə addımlar atacaq.”
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İran Ordusunun mətbuat katibi Əbulfəz Şekarçi mətbuat konfransı zamanı deyib.
İran rəsmisi bildirib ki, İran ilk mərhələdə Suriyanın havadan müdafiənin gücləndirilməsi ilə bağlı müraciətlərinə baxacaq.
İran rəsmisi eyni zamanda bildirib ki, ölkəsinin Suriya, İraq, Yəmən və Livanda hərbi qüvvələri yoxdur. Onun sözlərinə görə İran bu dörd ölkəyə yalnız hərbi müşavirlərini göndərib.
Ə.Şekarçinin sözlərinə görə İran husilərin başçılıq etdiyi Yəmən Ordusuna silah verməyib, ancaq özlərini müdafiə etmək üçün müxtəlif raket və PUA-ların ərsəyə gətirilməsi texnologoyasını onlara ötürüb.
Qeyd edək ki, nüvə sazişinə əsasən İrana qarşı sabiq silah enbarqosunun müddəti gələn ay bitir.