Yeni “Redmi” televizorlar seriyasının istehsalına başlanılıb

Yeni “Redmi” televizorlar seriyasının istehsalına başlanılıb

“Xiaomi” şirkəti beş ölçüdə buraxılacaq yeni “Redmi” televizorlar seriyasının istehsalına başlamasını rəsmən bəyan edib.

“Ölkə.Az” ictnews.az-a istinadən bildirir ki, “Redmi Smart TV A” adlanacaq yeni seriya müxtəlif ekran ölçüsünə malik beş qurğudan ibarət olacaq. Ən kiçik qurğu 32 düymlük, ən böyüyü 65 düym diaqonallı ekranla təchiz ediləcək.

Bundan başqa, seriyaya 43, 50 və 55 düymlük televizorlar daxil olacaq. Yeni qurğuların fərqləndirici cəhəti “Redmi Smart TV X” seriyasında olduğu kimi ekran ətrafında nazik çərçivələr olacaq.

“Xiaomi” tərəfindən yeni seriyaya daxil olan bütün qurğuların şəkillərinin əks olunduğu rəsmi reklam plakatı dərc olunub. Lakin onların texniki xüsusiyyətləri, qiyməti və satışa çıxarılma müddəti hələ ki açıqlanmayıb. Bununla belə, yeni televizorların yaxın vaxtlarda geniş ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, mayda “Xiaomi” üç müxtəlif ölçüyə malik “Smart TV X” televizorlar seriyasını təqdim edib. Seriyaya daxil olan ən kiçik modelin qiyməti 280 dollar təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − six =