Tramp Amerikanı 8 yaşlı uşaq kimi idarə edir

Tramp Amerikanı 8 yaşlı uşaq kimi idarə edir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

ABŞ Prezidenti Donald Tramp təşviqat mitinqlərindən birində Somali əsilli ABŞ Konqres üzvü İlhan Ömərə bir daha hücum etdi.

Minnesota əyalətinin Konqresdəki nümayəndəsi İlhan Ömər Trampın əvvəllər xitab etdiyi afroamerikalı insanlardan biridir.

Donald Tramp çərşənbə axşamı Pensilvaniya seçki kampaniyasında etdiyi çıxışında İlhan Ömərə istinad edərək: “Ölkəmizi necə idarə edəcəyimizi söyləyir. Siz öz ölkənizdən nə üçün çıxdınız? Oranı necə idarə edirdiniz? İndi ölkəniz hansı haldadır?” – dedi.

“Hər şeydən əvvəl, bu mənim ölkəmdir və mən sizə impiçment verən Konqresin bir üzvüyəm.” –deyə İlhan Ömər Twitter-dəki bir mesajında ​​ Trampa cavab olaraq yazıb.

İkincisi, Vətəndaş müharibəsindən səkkiz yaşımda qaçdım. 8 yaşlı uşaq ölkəni idarə etmir, halbuki, ölkəni siz belə idarə edirsiniz.”

Donald Trampın Pensilvaniya mitinqi də tənqid edildi. Tərəfdarları proqramda iştirak etdilər, lakin korona virusunun yayılmasına baxmayaraq, nə sosial məsafəni qorumaq qaydalarına əməl olundu, nə də hamı maska taxdı.

ABŞ 7 milyon 112 mindən çox vətəndaşının yoluxması və təxminən 206 min nəfərin ölümü ilə dünyada koronavirus epidemiyası ilə mübarizə aparan ölkələrin zirvəsindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 18 =