“İslami Cihad” rəsmisi Təl-Əvivin hədəfdə olduğunu vurğuladı

“İslami Cihad” rəsmisi Təl-Əvivin hədəfdə olduğunu vurğuladı

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinin “İslami Cihad” hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Hindi İsrail rejiminə xəbərdarlıq edib.

Məhəmməd əl-Hindi açıqlamasında bildirib ki, Təl-Əviv şəhəri hal-hazırda “İslami Cihad” hərəkatının hərbi qolunun raketlərinin hədəfindədir.

“Əgər hansısa formada Qəzza zolağı hədəfə alınacaqsa, cavablar gecikməyəcək. Vuracağımız ilk yer Təl-Əviv olacaq”, – deyə Məhəmməd əl-Hindi diqqətə çatdırıb.

O qeyd edib ki, müqavimət cəbhəsi Qəzza zolağını müdafiə etmək gücünə sahibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + ten =