Ərəb Dövlətləri Liqasında ixtilaflar artıb, Qətər də sədrliyi öhdəsinə götürməyib

Ərəb Dövlətləri Liqasında ixtilaflar artıb, Qətər də sədrliyi öhdəsinə götürməyib

Qətər Əmirliyi Ərəb Dövlətləri Liqasının sədrliyini öhdəsinə götürməyib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Fələstin muxtariyyətinin ƏDL-in sədrliyindən imtina etməsindən sonra qurumun daxili nizamnaməsinə əsasən növbə Qətərə çatıb.

Məlumata görə rəsmi Doha da ƏDL-in sədrliyini rədd edib və yalnız gələn ildə bu addımı atacağını bildirib.

Qeyd edək ki, bundan öncə iki ərəb dövlətinin İsraillə saziş imzalaması, məsələnin ƏDL-in gündəminə çıxarılmaması və pislənilməməsinə görə Fələstin Muxtariyyəti liqanın sədrliyindən imtina etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =