Səudiyyə rejiminin koalisiyanın bazasında güclü partlayışda 80 nəfər öldü

Səudiyyə rejiminin koalisiyanın bazasında güclü partlayışda 80 nəfər öldü

Yəmənin şimalında Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyaya məxsus bazanın yaxınlığında sentyabrın 24-ü axşam bombanın partlaması nəticəsində ən azı 80 nəfər ölüb, onlarla insan yaralanıb.

Deyerler.org xəbər verir ki, Al-Khobar Al-Yameni saytının məlumata görə, bomba Səudiyyə rejiminin Asir bölgəsinə baxan Yəmənin şimalındakı Əl-Aləb bölgəsindəki bir məscid qarşısında partlayıb. Ölənlərin dəqiq sayı hələ məlum deyil. Bəzi mənbələr ölənlər arasında iki səudiyyəli əsgərin də olduğunu yazıb.

Partlayışın əsas səbəbi hələ məlum deyil və Yəmən ordusu və inqilabi xalq komitələri bu haqda xəbərlər açıqlamayıblar. Bəzi mənbələr partlayışı Yəmənin hərbi raket hücumu ilə əlaqələndirərək, Səudiyyə rejiminin koalisiyası üzvlərinin doqquz aylıq əmək haqqı borclarına etiraz olaraq Səudiyyə rejimin zabitlərinin idarə etdiyi komanda məntəqəsi qarşısında toplandığı vaxt raket zərbəsinin edildiyini bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =