Bakıda gözdən əlillərin də istifadə edəcəyi yeni səki istifadəyə verilib (FOTO)

Bakıda gözdən əlillərin də istifadə edəcəyi yeni səki istifadəyə verilib (FOTO)

Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində piyada təhlükəsizliyinin və rahatlığının təmin edilməsi, əlçatanlığın artırılması istiqamətində növbəti addım atılıb.

Agentlikdən SalamNews-a verilən məlumata görə, yüksək piyada intensivliyi və tələbatı nəzərə alınaraq, paytaxtın ən önəmli prospketlərindən biri olan Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsinə yaxın hissəsində yeni piyada səkisi inşa edilərək sakinlərin istifadəsinə verilib. Həmçinin görülən işlər çərçivəsində:
– Səki üzərində gözdən əlil insanlar üçün hiss edilə bilən (tactile) döşəmələr yerləşdirilib;
– əlilliyi olan şəxslərin, yaşlı insanların və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa edilib.

Hazırda şəhərin bir sıra ərazilərində bu istiqamətdə işlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 5 =