Həniyyə: Həmas və Fəth müştərək bir təhdiddən xəbərdardır

Həniyyə: Həmas və Fəth müştərək bir təhdiddən xəbərdardır

Sizinyol xarici mediaya istinadən xəbər verir:

HƏMAS-ın siyasi bürosunun rəhbəri Fəth hərəkatı ilə əldə olunan razılaşmaları müzakirə etmək üçün hərəkatın daxili iclasını elan etdi.

Əl-Qüdsul-Ərabi saytının verdiyi məlumata görə, İsmail Həniyyə verdiyi açıqlamada: “Həmas Fəthlə milli danışıqların vacibliyini bilir və iclasda İstanbulda əldə edilən razılaşmalarla bağlı müvafiq qərarı verəcək.” – dedi. Həmçinin, Fəth və HƏMAS-ın müzakirələrinin Fələstini təhdid edən mövzularla bağlı olduğunu və hər iki qrupun da ortaq düşüncəsinə əsasən, Qərb Sahili və Qəzzədə Fələstin təşkilatlarının Fələstin Qurtuluş Təşkilatı çərçivəsində yenidən qurulmasının vacibliyi barədə fikirlər bölüşdüyünü vurğuladı.

Həniyyə əlavə etdi: “Fəth qardaşları ilə milli danışıqlara müqəddimə hazırlamaq çərçivəsində əldə edilən razılaşmalar əhatəlidir və bu danışıqlarda mübahisəli işlərlə əlaqədar əldə edilən nəticələrə çatmaq üçün hərtərəfli bir addımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =