İran: “Yaxın beş ildə təyyarə istehsal edəcəyik”

İran: “Yaxın beş ildə təyyarə istehsal edəcəyik”

Müdafiə nazirinin müavinin dediyinə görə, “Məcid” hava hücumundan müdafiə sistemi ilin sonuna qədər təqdim ediləcək.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirinin müavini briqada generalı Qasim Tağızadə, verdiyi müsahibədə yerli sərnişin təyyarəsinin inşası layihəsinin nə vaxt başa çatacağı sualını cavablandıraraq, “Bizim mühəndis və araşdırma bürolarımız özlərini sərnişin təyyarəsi sahəsində yaxşı göstərdi və bu bizim növbəti beş illik planımızın bir hissəsidir. Allahın köməyi ilə bu mövzuda yaxşı xəbərlər eşidəcəksiniz”. Qasim Tağızadə bu ilin sonuna qədər təqdim ediləcək “Məcid” hava hücumundan müdafiə sisteminin İran hərbisinin üstün sistemlərindən biri olduğunu söyləyib. Yüksək hərəkətlilik və manevr qabiliyyəti kimi xüsusiyyətlərə sahib olan bu sistem, İran İslam Respublikasının yaratdığı milli müdafiə sistemləri kateqoriyasına daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × five =