Səudiyyə Ərəbistanı Yəmən ərazilərinə zərbə endirməyə davam edir

Səudiyyə Ərəbistanı Yəmən ərazilərinə zərbə endirməyə davam edir

Son sutka ərzində Səudiyyə Ərəbistanı qüvvələri Yəmənin müxtəlif bölgələrinə zərbələr endirərək, əhaliyə maddi zərər vurub.  

Səudiyyə Ərəbistanı qüvvələri Hudeyda vilayətində 221 dəfə atəşkəsi pozub.    

Məlumata əsasən, Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələr Mərib vilayətinin Rəhba, Məhliyə, Məczar və Sərvah rayonlarına zərbələr endirib.    

Bundan əlavə, Səna vilayətinin Həmdan rayonunu, əl-Ləkmə kəndi, əl-Cəuf vilayətinin Həb, əş-Şəaf və Həcca vilayətinin Hərad rayonları zərbələrə məruz qoyulub.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 12 =