Pakistan növbəti dəfə nüvə razılaşmasını dəstəklədi

Pakistan növbəti dəfə nüvə razılaşmasını dəstəklədi

Eastnews.org-un verdiyi xəbərə görə, Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Zahid Hafiz Çovdari İranla əldə olunan beynəlxalq nüvə razılaşmasına münasibət bildirib.

Zahid Hafiz Çovdari açıqlamasında vurğulayıb ki, Pakistan hökuməti nüvə razılaşmasını dəstəkləyir və qorunub saxlanılmasını zəruri hesab edir.

“İrana qarşı BMT Təhlükəsizlik Şurasında yenidən sanksiyaların tətbiqi qəbul edəcəyimiz bir şey deyil. Hökumətimizin nüvə razılaşmasına dəstəyi açıq şəkildə ortadadır”, – deyə Zahid Hafiz Çovdari diqqətə çatdırıb.

O qeyd edib ki, Pakistan İran ilə əməkdaşlığı hər sahədə inkişaf etməkdə qərarlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 17 =