ABŞ son illərdə Livanda Hizbullah-a qarşı 10 milyard dollar xərclədiyini bildirib

ABŞ son illərdə Livanda Hizbullah-a qarşı 10 milyard dollar xərclədiyini bildirib

“Livanda Hizbullaha qarşı tədbirlər fonunda QHT-lərə və təhlükəsizlik qüvvələrinə 10 milyard dollar pul sərf etmişik”

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Katibliyinin Yaxın Şərq üzrə xüsusi nümayəndələrindən olan Devid Hil deyib.

Ötən gün ABŞ Senatının Xarici Əlaqələr Komissiyasının toplantısında çıxış edən tanınmış ABŞ diplomatı bildirib ki, rəsmi Vaşinqton son illərdə Hizbullaha qarşı tədbirlər fonunda Livanda QHT-lərə və təhlükəsizlik qüvvələrinə 10 milyard dollar pul sərf edib.

İranın bölgədə təsirinin azaldılması və Hizbullaha qarşı tədbirlərin davam etdiriləcəyini bildirən ABŞ diplomatı vurğulayıb ki, “Livan Ordusuna verilən dəstəklər də Hizbullah terroruna qarşı addımların atılması istiqamətində həyata keçirilir.”

Qeyd edək ki, ABŞ Dövlət Katibliyi son zamanlarda Hizbullahın Livanın siyasi səhnəsindən kənarlaşdırlması ilə bağlı rəsmi Beyrutun qarşısında şərt irəli sürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 8 =