Sudanda İsraillə əlaqələrin qurulmasına qarşı kütləvi etiraz aksiyası keçirilib

Sudanda İsraillə əlaqələrin qurulmasına qarşı kütləvi etiraz aksiyası keçirilib

Sudanın beş ən fəal siyasi partiyası hökumətin İsraillə əlaqələri normallaşdırmaq “istəyi”lə bağlı etiraz aksiyası keçiriblər.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, Sudanın beş fəal partiyası kütləvi etiraz aksiyaları təşkil edərək, hökumətin İsraillə əlaqələri rəsmiləşdirmək “istəyi”ni pisləyiblər.

Qeyd edək ki, Sudanda sabiq diktator Ömər əl-Bəşirin devrilməsində böyük əməyi olan sabiq hərbi şuranın və hazırki hökumətin Rəyasət Şurasının sədri Əbdül-Fəttah əl-Burhan bir neçə ay öncə Benyamin Netanyahu ilə görüşüb və əlaqələrin rəsmiləşdirilməsi müzakirə edilib.

ABŞ mənbələri BƏƏ və Bəhreyndən sonra İsraillə əlaqələri rəsmiləşdirən ölkənin məhz Sudan və Oman Sultanlığı olduğunu yazıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + nine =