Tərtərdə məhkəmə binası vuruldu, mülki şəxs öldü – Fotolar

Tərtərdə məhkəmə binası vuruldu, mülki şəxs öldü – Fotolar

Tərtər rayonunda məhkəmənin inzibati binası vurulub.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının məlumatına görə, binaya ciddi ziyan dəyib.

Binanın yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub. Həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşınının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =