Sionist Universitet müəllimi Qərb Sahilindəki silahlı qiyam barədə xəbərdarlıq etdi

Sionist Universitet müəllimi Qərb Sahilindəki silahlı qiyam barədə xəbərdarlıq etdi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Sionist bir universitet müəllimi bir məqaləsində ərəb dövlətlərinin Tel-Əvivlə uzlaşmasının Fələstindəki silahlı hərəkatları canlandıracağına dair xəbərdarlıq etdi.

Tel-Əviv Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun üzvü Yohanan Tezrov dedi: “İsrail-BƏƏ münasibətlərinin normallaşması fələstinlilər üçün təhdid hissini artırdı.”

Ərəbistanın 21 saytı xəbər verir ki, bu təhdid hissi fələstinliləri bir daha daxili milli barışığa doğru sövq edəcək. Bu müqavilələr fələstinliləri qəzəbləndirdi, çünki uzlaşma razılaşmaları ərəb ölkələrinin fələstinlilərin hüquqlarını müdafiə etməsindəki həmrəyliyini məhv etməklə yanaşı, həm də verilən vədlərin əksinə olaraq Qərb Sahilinin ilhaqını dayandırmadı.

Beləliklə, Yhanan Tezrova görə, uzlaşma razılaşmaları, yüksək səviyyəli Fələstinli səlahiyyətlilərin BƏƏ-ni xəyanətdə günahlandırmasına və ərəb həmrəyliyinin olmamasından təəssüflənməsinə, təhdidlərə qarşı çıxmaq üçün Fələstinin daxili qruplarını, xüsusilə Həmas və Fəthi birləşdirməyə çağırmasına gətirib çıxardı.

Fəth və Həmas hərəkatları 14 illik qarşıdurma və gərginlikdən sonra bu yaxınlarda İstanbulda mübahisəni həll etmək və erkən seçki keçirmək barədə razılığa gəldilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =