Ayətullah Xameneinin Azərbaycandakı nümayəndəsinin Azərbaycan xalqına müraciəti (Video izlə)
Sizinyol xarici mediaya istinadən xəbər verir:
İran İslam Respublikası Ali Dini lideri Ayətullah Xameneininn Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi Höccətül-İslam vəl-Müslimin Ocaq Nejad Azərbaycan Milli Ordu qüvvələrinin ermənilər üzərindəki qələbəsi və işğal altındakı torpaqların azad edilməsi ilə bağlı Azərbaycan xalqına təbrikini bildirib və şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyib. Höccətül-İslam vəl-Müslimin Ocaq Nejad həm öz adından, həm də Ali Dini Lider Ayətullah Xameneinin adından bir daha Qarabağın və işğal altındakı digər ərazilərin Azərbaycan torpağı olmasını vurğulayıb və xalqımıza izzət və düşmənlərimizə xarlıq və zillət arzulayıb.