ABŞ-da atışma baş verib, ölənlər var

ABŞ-da atışma baş verib, ölənlər var

ABŞ-ın Salem şəhərində (Oregon) polisin iştirakı ilə baş verən  atışma nəticəsində bir neçə nəfər ölüb.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə Marion Dairəsi şefinin ofisi məlumat yayıb.

Məlumata görə, polis girov götürüldüyü ehtimal edilən bölgəyə cəlb edilib. Cinayətkarla danışıqlara getməyə çalışsalar da atışma başlayıb.

“Hadisə nəticəsində şübhəli də daxil olmaqla bir neçə nəfər ölüb. Polis məmurlarından yaralanan olmayıb”, məlumatda deyilir.

Hüquq-mühafizə orqanları ictimaiyyət üçün təhlükənin sovuşduğunu iddia edir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 4 =