Qurana hörmətsizlik edən şəxs həbs edildi

Qurana hörmətsizlik edən şəxs həbs edildi

Küveytdə sosial şəbəkələrdə paylaşılan videoda Qurani-Kərimə hörmətsizlik edən şəxs polis tərəfindən saxlanılıb.

Küveytin bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən bir şəxsin video görüntülərinin Quranı təhqir etdiyi halda paylaşılması müsəlmanların narahatçılığına və qəzəbli reaksiyasına səbəb olmuşdu.

Bu videonun yayılmasının ardınca Küveytin daxili işlər nazirliyi sosial şəbəkə hesabında bəyaniyyə yayaraq həmin asiyalı şəxsin təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini xəbər verib.

Bəyaniyyədə deyilir: Ölkə vətəndaşlarının dini dəyərlərini tapdalayan həmin şəxs həbs edilərək aidiyyatı üzrə qanuni orqanlara təhvil verilib.

Küveytin daxili işlər nazirliyi bəyaniyyədə ölkədə yaşayan bütün insanlardan əxlaqi və dini dəyərlərə sayqı ilə yanaşmağı tələb edib və bildirib ki, Allahı və İslam dininin müqəddəslərini təhqir edənlər cəzalandırılacaqlar.

Iqna.ir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − eleven =