Seyid Həsən Nəsrullah: ABŞ-ın məqsədi bölgədə İŞİD-i yenidən dirçəltməkdir

Seyid Həsən Nəsrullah: ABŞ-ın məqsədi bölgədə İŞİD-i yenidən dirçəltməkdir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Çərşənbə axşamı etdiyi bir çıxşda Livan Hizbullahının Baş katibi Seyid Həsən Nəsrullah ABŞ-ın bölgə ilə bağlı yeni planlarına qarşı diqqətli olmağa çağırdı. ABŞ-ın bölgədəki qüvvələrinin davamlı varlığını əsaslandıraraq məqsədinin İŞİD-i dirçəltmək olduğunu söylədi.

Çıxışının əvvəlində Küveytin mərhum əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əs-Sabahın vəfatı ilə əlaqədar başsağlığı verdi.

“Livanlılar Şeyx Sabah Əl-Əhmədin 1980-ci illərin sonlarında Livandakı vətəndaş müharibəsinin bitməsindəki rolunu unutmayacaq.” – dedi.

Hizbullahın Baş katibi Küveytin mərhum əmirin səyləri ardınca Sionist rejimlə əlaqələrin normallaşmasına qoşulmaq üçün Ərəb Körfəzi dövlətlərinə edilən təzyiqlərə qarşı kəskin bir mövqe tutduğunu qeyd etdi.

Nəsrullah ölkənin şimalında Livan ordusu ilə İŞİD-ə bağlı terror qruplaşması arasındakı son toqquşmalara toxundu və Livanın şimalında qurulan və silahlanan müxtəlif qrupların böyük bir hərbi əməliyyata hazırlaşdıqlarını söylədi.

Dedi: “Şəhid General Qasim Süleymani və Abu Mehdi Əl-Mühəndisə sui-qəsd əməliyyatlarından sonra, ABŞ İŞİD terror qruplaşmasını dirçəltməyə başladı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − one =