Səudiyyə rejiminin koalisiyası Hudeydada atəşkəsi 263 dəfə pozub

Səudiyyə rejiminin koalisiyası Hudeydada atəşkəsi 263 dəfə pozub

Yəmən ordusu Səudiyyə rejiminin təcavüzkarları və muzdlularının qərbdəki Hudeyda əyalətində atəşkəs rejimini gündə 263 dəfə pozduğunu bildirib. Yəmən ordusu bildirir ki, son 24 saat ərzində Səudiyyə rejiminintəcavüzkarları və muzdluları atəşkəsi 186 dəfə pozaraq, havaya kəşfiyyat PUA-ları və qırıcılarını qaldırmış, 60-dan çox raket və minaatan mərmi ataraq, Yəmən mövqelərini atəşə tutb.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, İsveçdə Sana və Riyad nümayəndə heyətləri tərəfindən Yəmənin qərbindəki Hudeyda əyalətində razılaşdırılmış atəşkəs, 2018-ci il dekabrın 18-də qüvvəyə mindi, lakin Səudiyyə rejiminin koalisiyası bunu hər gün pozur. Hudeyda limanı Yəmənə humanitar yardımın çatdırılması üçün əsas yoldur. Yəməndəki sülh danışıqlarının dördüncü mərhələsi 2018-ci il dekabrın 6-ı, BMT-nin Yəmən üzrə Xüsusi Nümayəndəsi Martin Qriffitsin rəhbərliyi ilə Stokholmda başladı və dekabrın 13-ü atəşkəsin imzalanması ilə işinə yekun vurdu. Yəməndə bir çox atəşkəs səyləri hər dəfə Səudiyyə rejimi və müttəfiqlərinin maneə törətməsi səbəbindən uğursuz olub. Xatırladaq ki, 2015-ci ilin mart ayında Səudiyyə rejimi, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə Yəmənə hərbi təcavüz etdi və bu ölkəni qurudan, havadan və dənizdən mühasirəyə aldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =