İraq xarici zəvvarların Ərbəin ziyarətinə qatılmasına icazə verib

İraq xarici zəvvarların Ərbəin ziyarətinə qatılmasına icazə verib

İraq hökuməti hər bir dövlətdən 1500 zəvvarın Ərbəin ziyarətinə qatılmasına icazə verib.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bunu İraq hökumətinin sözçüsü Əhməd Molla Təllal deyib.

Bildirilib ki, İraqın baş naziri Mustafa əl-Kazimi hər ölkədən 1,500 zəvvarın Ərbəin mərasiminə qatılması təklifinə razılıq verib.

Əlavə edilib ki Ərbəinə gəlmək istəyən şəxslər yalnız hava yolu ilə ölkəyə gələ bilərlər.

Qeyd edək ki, Ərbəin günü gələn ayın 8-ə təsadüf edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =