İraqın Ərbil şəhərindəki ABŞ hərbi bazasına raket hücumu

İraqın Ərbil şəhərindəki ABŞ hərbi bazasına raket hücumu

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraqdakı Ərbil hava limanı yaxınlığında ABŞ hərbi bazasına bir neçə raket zərbəsi dəyib. İraqlı mənbələr çərşənbə günü gecə İraqın Ərbil şəhərindəki ABŞ hərbi bazasında partlayış olduğunu bildirdi.

Bu mənbələrə görə, raket ABŞ-ın Ərbil Beynəlxalq Hava Limanındakı hərbi bazasının yaxınlığına düşüb.

Bəzi mənbələr bazanı vuran raketlərin sayının üç olduğunu göstərir.

Telegramdakı Sabirin kanalı da bazanın yaxınlığında bir neçə “şiddətli partlayış” olduğunu bildirdi və ilkin məlumatlara görə, bölgəyə iki raket düşdüyünü yazdı.

Əl-Harir hərbi bazası İraq Kürdüstan bölgəsinin mərkəzi olan Ərbil Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir və ABŞ terrorçu qüvvələrinə ev sahibliyi edir.

İraqlı mənbələrə görə, raket zərbələrindən sonra, Amerika vertolyotlarının uçuşmağa başladığı və bu gecəki raket hücumundan yaralananları daşıdığı deyilir. Həm İraqdakı, həm də ABŞ koalisiyasındakı rəsmi mənbələr bu məlumatları hələ təsdiqləməyib.

Bu yaxınlarda ABŞ Bağdaddakı bazalarına və səfirliyinə raket hücumları edilməsindən qorxaraq bir sıra əsgər və personalını Ərbilə köçürdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =