Beynəlxalq Əhli-Beyt Konqresi Azərbaycanı dəstəklədiyini bildirib

Beynəlxalq Əhli-Beyt Konqresi Azərbaycanı dəstəklədiyini bildirib

“Dünya Əhli-Beyt Konqresi Əhli-beyt tərəfdarı olan müstəqil bir qurum kimi müsəlmanların mənafeyini və şiələrin hüquqlarının müdafiəsini özünə vəzifə bilir və bu istiqamətdə Azərbaycan şiələrilə, məşəqqət görmüş xalqı ilə həmdərd olduğunu bildirir və Azərbaycanın ərazibütövlüyünə təkidlə yanaşır.”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Dünya Əhli-Beyt Konqresinin baş katibi Ayətullah Rza Ramazaninin bəyanatında qeyd edilir.

Bu bəyanatda Azərbaycanın ərazibütövlüyünün tanınması, konqresin Azərbaycan müsəlmanlarının yanında olması qeyd edilib.

“Yenidən Qarabağda döyüşlərin başlaması, şiələrin və mülki şəxslərin qanının axması narahatçılığa və təəssüfə səbəb olub. Dünya Əhli-Beyt Konqresi Əhli-beyt tərəfdarı olan müstəqil bir qurum kimi müsəlmanların mənafeyini və şiələrin hüquqlarının müdafiəsini özünə vəzifə bilir və bu istiqamətdə Azərbaycan şiələrilə, məşəqqət görmüş xalqı ilə həmdərd olduğunu bildirir və Azərbaycanın ərazibütövlüyünə təkidlə yanaşır. Bu həmdə Ayətullah Xameneinin, Qarabağ İslam torpağıdır, sözünə əsasəndir”, deyə Rza Zamani əlavə edib ki, “Qafqaz bölgəsinin həssasiyyəti, gərginliklər və münaqişələrdən yararlanan dövlətlərə fürsətlərin verilməməsini tələb edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =