İsrail 37 fələstinlini həbs etdi
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İsrail hərbçiləri işğal altındakı İordan çayının Qərb sahilində və Şərqi Qüdsdə 37 fələstinlini həbs ediblər.
Tutulanlar arasında jurnalist Tariq Əbu Zeyd də var.
Fələstinlik Əsirlər Cəmiyyətinin məlumatına görə, Qərb sahilindəki reydlər zamanı 20 fələstinli, Şərqi Qüdsdəki reydlər zamanı isə 17 fələstinli saxlanılıb.
Xatırladaq ki, İsrail işğal altında saxladığı ərazilərdə tez-tez bu cür reydlər keçirir.