İsrail baş naziri İordan çayının qərbində 5,400 mənzilin salınması haqda göstəriş verib

İsrail baş naziri İordan çayının qərbində 5,400 mənzilin salınması haqda göstəriş verib

İsrailin baş naziri Benyamin Netanyahu işğal edilmiş ərazilərdə 5,400 mənzilin salınması ilə bağlı göstəriş verib.

SalamNews “İsrael Hayom”a istinadla xəbər verir ki, cari ayın dördü İsrailin “Şəhərsalma və Xəritəçəkmə Şurası”nın toplantısı keçiriləcək. Bu toplantının əsas müzakirə obyektlərindən biri İordan çayının qərb sahilində 5,400 mənzilin salınması məsələsidir.

Mənbə bildirib ki, İsrail baş naziri Benyamin Netanyahu bu şuraya sözügedən 5,400 mənzilin salınması ilə bağlı qərarın təsdiqlənməsi barədə göstərişlər verib.

Məlumata görə bu yeni kvartallardan biri Qüdsün cənubunda salınacaq.

Qeyd edək ki, İsrail İordan çayının qərb sahilini 1967-də işğal edib. İsrail bu müddət ərzində bölgədə azı 320 yaşayış massivi salıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + fourteen =