Haniyə bəhreynli müxaliflərlə görüşdü
Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Livana səfəri zamanı bəhreynli müxalifət qrupları ilə görüşüb.
Bu barədə Livandakı mənbələr məlumat yayıblar.
Məlumatda vurğulanıb ki, görüş zamanı işğalçı İsrail rejiminə qarşı mübarizə və Bəhreyn hökumətinin son razılaşması müzakirə edilib.
Görüşə “Hizbullah” hərəkatının vasitəçilik etdiyi də verilən məlumatlar arasındadır.