XİN rəhbəri iraqlı həmkarı ilə cəbhədəki vəziyyətdən danışdı

XİN rəhbəri iraqlı həmkarı ilə cəbhədəki vəziyyətdən danışdı

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun İraqın Xarici işlər naziri Fuad Hüsseyn ilə telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Fuad Hüsseyn bölgədəki gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib və hazırkı durumla maraqlanıb.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən cari ilin 27 sentyabr tarixində bütün cəbhə xətti boyu Azərbaycana qarşı iriçaplı silahlar və artilleriya qurğularından istifadə edərək, həyata keçirdiyi yeni təcavüz aktına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin əks həmlələr həyata keçirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Ermənistanın ənənəvi olaraq beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğu, Azərbaycanlı mülki əhali və infrastrukturu atəşə tutduğu və mülki insanlar arasında itkilərin olduğu barədə İraq Xarici İşlər nazirinə məlumat verilib.

Davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməsinin zəruri olduğu vurğulanıb.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − three =