HƏMAS Fəthə xitab etdi: Birliklə Fələstin xalqının arzularına nail ola bilərik

HƏMAS Fəthə xitab etdi: Birliklə Fələstin xalqının arzularına nail ola bilərik

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Fələstin HƏMAS hərəkatı, dünən Fəth Mərkəzi Komitəsinin iki hərəkat arasındakı razılaşmaları təsdiqləməsi ilə əlaqədar verdiyi açıqlamada, milli birliyi Fələstin xalqının məqsəd və istəklərinə çatmaq üçün güclü bir amil adlandırdı.

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Fələstin Fəth Hərəkatının iki hərəkat və digər Fələstin qrupları arasındakı razılaşmalarla razılaşmaq və bu razılaşmaların təsdiqlənməsi istiqamətində fəaliyyətini alqışladı.

HƏMAS cümə günü verdiyi bir açıqlamada bu hərəkatı təriflədi:

“Biz HƏMAS Əbu Mazən qardaşımızın başçılıq etdiyi Fəth Mərkəzi Komitəsinin dünənki açıqlamasında aşkar olan millətçi ruha ehtiramla yanaşırıq. HƏMAS-ın tam milli birlik və vəhdət yolunda addımlar atacağını və Fələstin Qrupları Baş Katiblərinin 3 sentyabr tarixində Livanda keçirilmiş toplantısının nəticələrinin və qərarlarının icrasını sürətləndirəcəyini bildiririk.”

HƏMAS bəyanatında “Milli birliklə, şübhəli sui-qəsd və sövdələşmələrin qarşısını alaraq millətimizin torpaqlarını azad etmək, vətənimizə qayıtmaq və Fələstinin müstəqilliyini qazanmaq istəyini reallaşdıra bilərik.” – dedi.

Cümə axşamı günü keçirilən iclasda Fələstin xalqının müstəqillik və azadlıq hüquqlarını müdafiə etmək üçün siyasi fəaliyyətlər müzakirə edildi.

Fələstin Mərkəzi Komitəsi Fələstin müqavimətinin işğalçı rejimin Fələstin ərazilərini işğal olunmuş ərazilərə qatmaq üçün hazırladığı bütün planları alt-üst etdiyini vurğuladı və ədalətli və əhatəli bir sülhün yalnız beynəlxalq qanun və qətnamələrin icrası və ərəb sülhünün tam həyata keçirilməsi ilə mümkün olduğunu vurğuladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =