İraqın şimalında 26 İŞİD yaraqlısı ələ keçdi
İraq təhlükəsizlik qüvvələri, ölkənin şimalındakı Neynəva əyalətində 26 İŞİD yaraqlısının yerini müəyyənləşdirərək ələ keçirib.
“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, nəzarətə alınan İŞİD terrorçuları, İraqın Neynəva əyalətini azad etmək əməliyyatları zamanı, İraq təhlükəsizlik qüvvələri ilə qarşıdurma və hücumlara qatıldıqlarını etiraf edib. İŞİD-in terror hərəkatının İraqda məğlub olmasına baxmayaraq, terrorçu qalıqları vaxtaşırı ölkənin müxtəlif bölgələrində özünü təzahür etdirir. İraqın Həşd Şəbi qüvvələri ölkənin müxtəlif bölgələrini terror ünsürlərindən təmizləmək üçün intensiv əməliyyatları davam etdirir.