Baş Nazir ABŞ ilə münasibətləri dəstəklədi və qınandı
Eastnews.org-un verdiyi xəbərə görə, İraq Baş Naziri Mustafa əl-Kazımi ABŞ ilə bağlı danışıb.
Jurnalistlərə açıqlama verən Mustafa əl-Kazımi ABŞ Səfirliyinin və digər diplomatik korpuslarının İraqda bağlanmasının yaxşı nəticələri olmayacağını bildirib.
O, vurğulayıb ki, İraq beynəlxalq səviyyədə tək qala bilməz və bu ölkənin maraqlarına ziddir.
Xatırladaq ki, bəzi iraqlı siyasətçilər Mustafa əl-Kazıminin bu açıqlamasını qınayan şərhlər veriblər.
Siyasətçilər Baş Naziri ABŞ-a yaltaqlanmaqda ittiham ediblər.