Hadi hökuməti və İslahat Partiyası liderlərinə qaçaqmalçılıq yolu ilə neft daşıyan gəmidə partlayış baş verib

Hadi hökuməti və İslahat Partiyası liderlərinə qaçaqmalçılıq yolu ilə neft daşıyan gəmidə partlayış baş verib

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Yerli mənbələr Ən-Nəşimə limanını silkələyən böyük bir partlayış olduğunu bildirdi.

Partlayışa səbəb bir neft tankerinin həmin ərazidə yerləşdirilmiş sualtı minalara toxunması olmuşdur. Nəticədə yanğın baş vermiş və dənizə neft dağılması ilə əlaqədar narahatlıqları artırmışdı.

Hadi hökumətinə və onunla əlaqəli iş adamı Əhməd Əl-İsaya məxsus gəminin neft yükü 60000 barel neft idi və gəmi Asiya bazarlarına hərəkət edirdi. Neft daşıyan gəmi Hadi hökumətinin nəzarəti altında Nəşimə limanına yerləşirdi.

Partlayış bir gün sonra BƏƏ qüvvələrinin yerləşdiyi Belhaf limanındakı konvoyun qarşısında baş verib. Bəzi xəbər mənbələri toqquşmaları bütün cənub əyalətlərində yerləşən Səudiyyə Ərəbistanına bağlı qruplar arasındakı bir sıra qarşıdurmaların bir hissəsi kimi qiymətləndirir.

Bu bölgələrdə Keçid Parlamentinin qüvvələri Hadi hökumətinin əlində olan Yəmənin bəzi neft ixracatını nəzarət altına almağa çalışırlar. İllərdir Hadi hökumət qüvvələri və Əl-İslah partiyası liderləri Ən-Nəşimə yolu ilə Mərib və Şəbvadan gizli şəkildə neft ixrac edir.

Məlumatlı mənbələr onların aylıq 100 milyon dollar neft gəlirlərini qarət etdiklərini bildirir. Keçid Şurası neft ixracatı ilə bağlı qaynaqlardan pay almaq üçün Hazramutdakı neft obyektlərinə nəzarəti ələ keçirməyə çalışdı.

Hadi hökumətindəki bəzi xəbər mənbələri bu partlayışda Belhaf limanındakı hərbi varlığını gücləndirmək və hərbi müdaxilələrini parlament lehinə istifadə etməyə çalışan Əmirlik hökumətini təqsirli bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 7 =