İsrail rejimi Qəzzanı artilleriya atəşinə tutdu

İsrail rejimi Qəzzanı artilleriya atəşinə tutdu

Sionist İsrail rejiminin ordusu oktyabrın 5-i axşam Qəzzadakı bölgələri artilleriyadan atəşə tutub.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, İsrail rejiminin artilleriyası Rifahın şərqindəki bir bölgəni hədəfə alıb.

Hücumdan bir saat əvvəl Qəzzadan Qəzza ətrafındakı sionist məskunlaşma məntəqlərinə doğru bir raketin atıldığı barədə xəbər verilmişdi.

Sionist rejimin mətbuatı raketin Kərəm Əbu Salim qəsəbəsindəki boş bir əraziyə düşdüyünü və heç bir ziyan vurmadığını xəbər vermişdi. Raket düşməsi ilə sionist yaşayış yerlərində sirenanın səsinin işə düşdüyü qeyd olunmuşdu.

Sionist rejim aylardır Qəzzanı blokadada saxlayır və koronavirus epidemiyası dünyaya yayıldıqca bu mühasirəni davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 20 =