Yəməndə dinc sakinlərə hücum edildi
Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin paytaxtı Səna şəhəri yenidən işğalçı Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin hücumuna məruz qalıb.
Bu barədə yerli mənbələr məlumat yayıblar.
Məlumatda vurğulanır ki, paytaxt Sənanın əl-Əla məhəlləsinə endirilən aviazərbələr nəticəsində 6 mülki şəxs həlak olub.
Bundan əlavə 14 yəmənlinin də yaralandıqları və xəstəxanaya yerləşdirildikləri diqqətə çatdırılır.