Səudiyyə Ərəbistanı Fələstini İsrailə görə qınadı

Səudiyyə Ərəbistanı Fələstini İsrailə görə qınadı

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat rəisi və Vaşinqtondakı səfiri şahzadə Bəndər ibn Sultan Fələstin rəhbərliyinin İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanan normallaşma sazişinə verdiyi reaksiyanı qınayaraq Fələstin rəhbərliyinin hər zaman “uğursuz” olduğunu iddia edib.

“Al Arabiya” kanalına danışan Bəndər ibn Sultan Fələstin rəhbərliyinin sazişlə əlaqədar reaksiyasını “həddi aşmaq” və “qınanılması lazım olan bir fikir” olaraq qiymətləndirib.

Bəndər ibn Sultan “Fələstin mübarizəsi haqlı mübarizədir, lakin müdafiəçiləri uğursuzdur. İsrailin mübarizəsi haqsızdır, lakin tərəfdarları müvəffəq olduqlarını sübut ediblər. Bu, son 70 və ya 75 ildə baş verən hadisələrin xülasəsidir”, – deyə bildirib.

Fələstin rəhbərliyinin fələstinlilərin uğursuzluğunun səbəbi olduğunu iddia edən ibn Sultan “Gəlib-gedən Fələstin rəhbərliklərinin tarixən ortaq bir şeyi var: daim itirən tərəf üçün oynayırlar və bunun da bir qarşılığın görürlər”, – deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + eight =