Qırğızıstanın sabiq prezidenti saxlanılıb

Qırğızıstanın sabiq prezidenti saxlanılıb

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev saxlanılıb.

İnterAz-ın məlumatına görə, bunu Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi bildirib.

Eks-prezident paytaxt Bişkekdə kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunub.

Onun saxlanılması üçün evinə xüsusi təyinatlılar cəlb edilib.

Qeyd edək ki, ötən həftə baş tutmuş parlament seçkilərindən sonra ölkədə iğtişaşlar başlayıb. Ötən gündən etibarən Bişkekdə fövqəladə vəziyyət və komendant saatı tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =