Sionistlərin Nablusa hücumu zamanı onlarla fələstinli əkinçi yaralanıb
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Fələstinli mənbələr İsrail qüvvələrinin İordan çayının qərb sahilində Nablusda əkinçilərə hücum etdiklərini bildirdi.
Məlumata əsasən, İsrailin Nablusun şərqindəki Beyt Dəcan bölgəsində əkinçilərə qarşı təcavüzündən sonra onlarla fələstinli yaralanıb və tənəffüz çatışmazalığına düçar olub.
Şahidlərin sözlərinə görə, Sionist silahlılar Fələstin vətəndaşlarına güllə, gözyaşardıcı qaz və səs bombaları ilə hücum etdilər, nəticədə onlarla insan yaralandı və tənəffüs çatışmamazlığına düçar olaraq xəstəxanaya aparıldı.
Fələstinlilər əkin sahələrində ağac əkməklə məşğul idilər və mühacir sionistlər onları ərazini qəsb etməklə təhdid etdilər.