İsrailin Fələstin köçkünlərinin düşərgəsinə etdiyi hücumlar zamanı 53 fələstinli yaralandı
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Fələstin Qızıl Aypara cəmiyyəti Bazar günü İsrail qüvvələrinin Qərb Sahilinin mərkəzindəki Ramallahın cənubundakı bir qaçqın düşərgəsinə təşkil etdiyi hücumda 53 fələstinlinin yaralandığını açıqladı.
Fələstin KİV-lərinin verdiyi məlumata görə, Fələstin Qızıl Ayparı cəmiyyəti 23 nəfərin atəş zamanı güllə yarası aldığını əlavə edib.
Bir neçə saat əvvəl rejim qüvvələri və xüsusi təyinatlıları daşıyan 30-dan çox İsrail hərbi maşını Ramallah yaxınlığındakı Əl-Əmari qaçqın düşərgəsinə aparan yolları bağladıqdan sonra, düşərgədə yaşayan fələstinlilərə hücum edib.
Yerli qaynaqlar İsrail qüvvələrinin gəncləri atəşə tutması ilə şiddətli toqquşmaların baş verdiyini bildirdi. Bu qarşıdurmalar nəticəsində bir çox fələstinli gənc yaralanaraq xəstəxanaya aparıldı.
Başqa bir hadisədə, İsrail ordusu qüvvələri ilə toqquşma nəticəsində meydana gələn avtomobil qəzasında bir gənc fələstinli və onun həyat yoldaşı ilə uşağı yaralanıb.
Sionist işğalçılar BƏƏ və Bəhreynin Sionist rejimlə normallaşma müqaviləsinə və Əl-Xəlil, Ramullah, Nablus və Qüds əyalətlərində şəhərsalma əməliyyatına etirz olaraq keçirilən həftəlik Fələstin yürüşlərini yatırdılar.
Qarşıdurmalarda altı fələstinli güllələndi və yaralandı, onlarla fələstinli də gözyaşardıcı qazdan zəhərlənərək nəfəs darlığına düçar oldu.