Bağdad və Əl-Ənbarda baş verən partlayışlarda iki nəfər öldü

Bağdad və Əl-Ənbarda baş verən partlayışlarda iki nəfər öldü

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraq təhlükəsizlik mənbələri Bağdad və Əl-Ənbarda iki partlayış olduğunu və nəticədə iki İraq vətəndaşının öldüyünü bildirdi.

İraq Müdafiə Nazirliyinə bağlı Təhlükəsizlik Məlumat Mərkəzi Əl-Ənbar vilayətində baş verən partlayış nəticəsində bir İraq vətəndaşının öldüyünü açıqlayıb.

Mərkəzdən verilən açıqlamada zehni qüsurlu bir vətəndaşın Əl-Ənbar vilayətinin Rava bölgəsindəki Həyy əl-Cəbəl məntəqəsində bomba yerləşdirilən binaya daxil olduqdan sonra, bomba partlaması nəticəsində öldüyü bildirildi.

Rəsmi İraq Xəbər Agentliyinə (WAA) görə partlayış binaya ziyan vurub.

İraqın şimal və qərbindəki bir çox bina hələ də tərk edilir və sakinlər İŞİD ünsürlərinin içərilərinə minalar yerləşdirmiş olmasından qorxaraq içəri girməkdən imtina edirlər.

Bu vaxt Bağdad Polis İdarəsində olan mayor Hatəm Əl-Cabiri dünən gecə Bağdadın qərbindəki Əl-Tubaci bölgəsində bir vəkilin maşınının altında bomba yerləşdirildiyini və maşının partladıldığını bildirdi.

Əl-Cabiri vəkilin partlayışda öldürüldüyünü və təhlükəsizlik işçilərinin istintaqa başladığını əlavə etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 18 =