ABŞ ordusu, oğurlanan neftin ilk partiyasını Suriyadan çıxarıb
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Suriyanın rəsmi xəbər agentliyi, Amerikanın işğalçı qüvvələrinin ölkənin quyularından oğurlanan ilk neft partiyasını İraqa daşıdığını bildirdi.
Suriya Xəbər Agentliyi (SANA) bazar günü ABŞ-ın işğalçı qüvvələri tərəfindən ölkənin neft quyularından oğurlanmış neftin İraqa ötürülməsini bildirdi.
Yerli mənbələrə istinadən, işğalçı qüvvələrin dünən axşam 20 tankerlə Suriyada cinayətlərini davam etdirdikləri bildirildi.
Neft tankerləri Suriyanın şimalındakı Əl-Cəzirə bölgəsindəki quyulardan oğurlanmış nefti Əl-Həsakə vilayətindən İraqa daşıyır.
Məlumata görə, ABŞ qüvvələri Əl-Yəribiyyə bölgəsindəki Əl-Valid qanunsuz keçidi vasitəsilə neft tankerlərini İraqa daşıyıblar.
Suriya mətbuatının görə, ABŞ qüvvələri son bir neçə ay ərzində Suriyanın şimalındakı Əl-Cəzirə bölgəsindəki qanunsuz varlıqlarını gücləndirmək və Qəssad (Suriyalı kürdlər) silahlı qruplaşmalarının köməyi ilə neft və daxili sərvətləri oğurlamaq üçün minlərlə silah, hərbi və maddi texnika daşıyan yük maşınlarını Əl-Həsəkəyə köçürdü.