Prezident İlham Əliyev: Nəzarətimiz altında olan yerlər var, yeni elanlarımız olacaq

Prezident İlham Əliyev: Nəzarətimiz altında olan yerlər var, yeni elanlarımız olacaq

Daha bir neçə ərazilər var ki, bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq biz ora girməmişik. Bu barədə yeni elanlarımız olacaq.

SalamNews xəbər verir ki, Azərbaycan prezidenti bunu Türkiyənin Haber Global kanalına verdiyi müsahibədə deyib

“Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini mülki əhalidən çıxarmaq istəyir”, – Prezident bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × two =