Şeyx Zəkzəkinin qızı: Valideynlərimin səhhəti pisləşib

Şeyx Zəkzəkinin qızı: Valideynlərimin səhhəti pisləşib

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Nigeriya İslam Cəmiyyətinin həbsdə olan liderinin qızı tibbi xidmətdən məhrum olduğu üçün valideynlərinin səhhətinin pisləşdiyini bildirdi.

Nigeriya İslam Cəmiyyəti lideri Şeyx İbrahim Zəkzakinin qızı Süheyla Zəkzaki valideynlərinin həkim səhlənkarlığı səbəbiylə ağır vəziyyətdə olduğunu söyləyərək, həbs olunarkən valideynlərinin hər ikisinin yaralandığını və hazırda ağır vəziyyətdə olduqlarını söylədi.

Şeyx Zəkzakin həbsxanada iki dəfə insult keçirdiyi və bədənində çoxlu güllə qaldığı üçün qurğuşun zəhərlənməsindən əziyyət çəkdiyi bildirilib.

Süheyla Zəkzaki anasına beş güllə dəydiyini və əməliyyat olunmalı olduğunu söylədi, amma bu edilmədiyindən hazırda ürəyindəki şiddətli ağrılardan əziyyət çəkir.

Anasının da oynaqların artrozundan əziyyət çəkdiyini və üç il əvvəl dizindən əməliyyat keçirməli olduğunu, ancaq həkim səhlənkarlığı ucbatından hazırda əlil arabasından istifadə etmək məcburiyyətində qaldığını da əlavə etdi.

Şeyx Zəkzaki 2015-ci ilin dekabrında ordu və polisin Nigeriyanın şimalındakı Kaduna əyalətindəki iqamətgahına basqın etdikdən sonra həbs olundu. Hücum bir çox şəhid və yaralıların olması ilə nəticələndi.

Nigeriya təhlükəsizlik və hərbi qüvvələri Şeyx Zəkzakinin həyat yoldaşı Zinət İbrahimi də həbs etdi.

Bir çox beynəlxalq insan haqları təşkilatı bu qətli qınayır. 2016-cı il may ayının əvvəlində Beynəlxalq Amnistiya Təşkilatı Nigeriya hərbçilərini şiələri öldürmək, kütləvi məzarlara basdırmaq və cinayətlə əlaqəli sənədləri məhv etməkdə günahlandırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − eleven =