Sionist rejimin ordusu yasa batdı

Sionist rejimin ordusu yasa batdı

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İsrail mediası bazar günü gecə bir hərbi bazada baş verən qarşıdurmadan sonra bir çox İsrail əsgərinin xəstəxanaya köçürüldüyünü bildirdi.

Yerusəlim Post qəzeti bazar günü gecə Har Kran təlim düşərgəsində Kəşfiyyat Alayı ilə digər briqada əsgərləri arasındakı toqqumada 21 nəfərin yaralandığını bildirdi. Bu təlim düşərgəsi işğal olunmuş ərazilərin cənubunda yerləşir.

Yerusəlim Post-a görə, oradakı əsgərlərdən biri digər əsgərlərə hücum etmək üçün silaha əl atıb.

Xəbərdə əlavə edilib: “Yaralananların yeddisi aldığı xəsarətlərin ağırlığı səbəbindən Soroka qospitalına aparılıb və digər yaralılar təlim düşərgəsində müalicə edilib.”

Sionist mənbələr 21 nəfərin yaralanmasına səbəb olan bu gərgin döyüşün səbəbinin yemək otağının girişindəki xətt üstündəki olduğunu bildirdilər. Qarşıdurmaya şahid olan və adının çəkilməsini istəməyən komandirlərdən biri: “İsrail ordusunda olduğum müddətdə bu qədər uğursuz bir hadisənin şahidi olmamışam.” – deyib.

İsrail ordusunun sözçüsü açıqlamasında İsrail ordusunun hərbi polisin istintaq apardığını bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + eight =