Sepah generalı: Qarabağ Azərbaycanındır və işğaldan qurtulmalıdır

Sepah generalı: Qarabağ Azərbaycanındır və işğaldan qurtulmalıdır

“BMT Təhlükəsizlik Şurasının qətnamələri Qarabağ münaqişəsinin həlli üçün tutarlı bir əsas ola bilər. BMT TŞ-nın bu qətnamələrinə görə Qarabağ Azərbaycana aiddir və hazırki vəziyyət də ondan xəbər verir ki, Ermənistan onu işğal edib.”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İslam İnqilabının Keşikçilər Ordusu komandanının siyasi məsələlər üzrə müavini Yədulla Cavani deyib.

Qarabağ münaqişəsinin 30 illik tarixindən söz açan Sepah generalı bildirib ki, həm tarixi həm də beynəlxalq qərarlar baxımından Qarabağ Azərbaycana, Azərbaycan müsəlmanları və şiələrinə məxsusdur.

Bölgənin müxtəlif yollarla Ermənistan tərəfindən işğal edildiyini bildirən Yədulla Cavani qeyd edib ki, “Qarabağ işğal vəziyyətindən çıxmalıdır.”

İranlı general eyni zamanda bildirib ki, bu məsələnin müharibə ilə həll edilməsi hər iki tərəfə ziyanlar və xəsarətlər vurub. Onun sözlərinə görə məsələnin köklü həlli yolu danışılqardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + twenty =