Meydançadakı səhvinə görə komanda yoldaşları futbolçunu qətlə yetirdilər

Meydançadakı səhvinə görə komanda yoldaşları futbolçunu qətlə yetirdilər

Az.shafaqna.com “Daily Monitor”-a istinadən xəbər verir ki, futbolçu Çörçil Ovaçi komanda yoldaşlarının hücumu nəticəsində dünyasını dəyişib.

Bildirilir ki, faciə Uqandada iki yerli komanda arasındakı baş tutan oyundan sonra baş verib. Oyunçu səhvə yol verib və nəticədə də komandasına qol vurulub.

Futbolçunun komanda yoldaşları ona hücum çəksələr də, onları ayırmaq mümkün olub. Oyundan sonra Çörçil qisas üçün ona hücum edənlərdən birini velosipeddən yıxıb və bu, yeni davaya səbəb olub.

Ovaçi huşsuz halda xəstəxanaya çatdırılıb və bir neçə saat sonra vəfat edib.

Qeyd edilir ki, qətldə şübhəli bilinən 2 şübhəli tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − fourteen =