Trampın Baydenin yeni kobud səhvinə reaksiyası: Demansı (ağılsızlığı) getdikcə artır

Trampın Baydenin yeni kobud səhvinə reaksiyası: Demansı (ağılsızlığı) getdikcə artır

Sizinyol xarici mediaya istinadən xəbər verir:

ABŞ Prezidenti Demokrat namizəi amerikalı senatorun adını xatırlaya bilmədiyinə görə, onu demans xəstəliyi ilə ittiham etdi.

Donald Tramp ABŞ Prezident seçkilərində Demokrat namizədi olan Co Baydenin unutqanlığına reaksiya verdi. Buna cavab olaraq Tramp Baydeni demansda günahlandırdı və yazdı:

“Mitt (Romney) bundan həyəcanlanmamalıdır. Co Bayden dünən (yenidən) ABŞ Senatına namizəd olduğunu söylədi və harada olduğunu tamamilə unutdu!

Co heç vaxt yaxşı, xeyirxah bir insan olmamışdı, bu səbəbdən ABŞ-ın onun məlum və pisləşən “demans”ını qəbul etməyəcəyini bilməlidir.”

Baydenin səhvən Senata namizədliyini verdiyini deməsi ilk dəfə deyil.

Fevral ayında Cənubi Karolinadakı bir tədbirində də səhvən prezidentliyə namizəd olmaq əvəzinə Senata namizəd olduğunu demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 6 =